2018 — İllik hesabatım

Rashad Aliyev
4 min readDec 31, 2018

31 dekabr 2018, bazar ertəsi, bu ilin son günü. Bayram günü, səhər hamıdan tez oyanıb adətim üzrə hesabat bloqumu yazmaq üçün evdən çıxaraq tələsik Starbucska gəldim. Cappuccino-mu alıb il ərzində gördüyüm işlərə nəzər yetirib fikrimi toplamağa çalışıram.

Sayca 10-cu olan hesabatımı sizlərə təqdim edirəm.

ELM

Bu il Bakı Dövlət Universitetində dərs demək təklifi aldım və oxuduğum Tətbiqi Riyaziyyat fakültəsində, 3-cü kurslara (eng-25) Veb proqramlaşdırma mövzusunda dərs keçdim.

Bildiyim mövzu olduğu üçün dərsi keçmək asan idi. Dərslər ingilis dilində olduğu üçün çətinliyim Azərbaycan dilində olan təqdimatlarımın ingilis dilinə tərcümə etməyimdə idi :) Yanvar ayının sonunda tələbələrin imtahandan uğurla keçməsini arzu edirəm.

İŞ

Fevral ayında 1 il çalışdığım AzInTelecom kollektivindən ayrılaraq Bank Respublika-da işə başladım. İnnovativ bir Bankda İnformasiya Texnlogiyalari ilə əlaqədar yeni layihənin icrası ilə məşğul oluram.

LAYİHƏLƏR

Yanvar ayının əvvəli Hackathon Azerbaijan, Gamejam layihəsinin finalı keçirildi.

Layihənin sonunda 80-dan çox iştirakçı, 6 işlək oyun yazıldı, youtube-da təlimçilərimizin 24 saat-dan çox Azərbaycan dilində oyun proqramlaşdırması ilə əlaqədar təlimləri yerləşdirildi.

Gamejam yarışı, Final günü (12 Yanvar 2018)

Qısa qeyd edim ki Hackathon Azerbaijan-ın yarışları sponsorların sorğusu və istəyi ilə formalaşaraq təşkil edilir.

Bu il əsas 3 layihənin üzərində çalışdım, digər layihələr isə dəstək verici layihələr oldu.

Bu layihələrim YER.AZ, İlk addımlar və PENTESTON-dur.

İlk addımlar layihəsinin dizaynı dəyişdirildi, referatlar sistemi yenidən quruldu, referat sahibləri üçün gəlir əldə etmək imkanları yaradıldı.

PENTESTON layihəsi “NYU Tandon’s Veterans Future Lab Apex Program”-a qoşularaq inkişaf etməyə davam edir.

PENTESTON-da Source Code analysis üzrə PHP və Python kodlarını analiz etmək imkanları əlavə edildi. Təhlükəsizlik üzrə SaaS Cloud xidmətində avtomatik scan olunan alətlərin(tool) sayı artıq 50-ni keçdi. PENTESTON-un təklif etdiyi xidmətlər dəyişdirildi.

YER.AZ təklif etdiyi xidmətləri genişləndirdi. İlin əvvəli cəmi 4 server ilə Azərbaycanda xidmət göstərirdiksə, ilin sonumaddi texniki bazanı üç qat artırdıq. Almaniyadakı serverdən imtina edərək müştərilərə təqdim etdiyimiz hostinq xidmətlərini Azərbaycana köçürtdük. Delta Telecom-da tam rack icarə götürdük.

YER Hostinq-də dəstəkçi olan disk.az disk paylaşımı layihəsi start etdi, həmçinin speedtest.net saytında internetin sürətini ölçmək üçün test server yerləşdirildi.

Kiçik layihələrdən olan Jocancy, Data Center Catalog layihərini işə saldım. mCMS artıq 5.2.0 versiyasına çatdı.

Bu ili Səyahət etmədim. Instagram Autolike scriptini codecanyonda geri götürdüm.

YENİ İLİNİZ MÜBARƏK!

2018-ci ilin layihələrimin formaya düşməsi, məhsuldarlığı ilə yadda qaldı.

Bu illərdə sizərin də təcrübə toplayıb, uğurlu nəticələr əldə etməyiniz umid edirəm. 2019-cu ilinizin xeyirli olması, gözəl nəticələr əldə etmək arzusu ilə, yeni iliniz mübarək!

P.S. Bu postumdan başlayaraq medium.com-da yazmağı qərara almışam.

--

--