2019 — İllik hesabatım

31 Dekabr, rəsmi 7 günlük iş rejimindən sonra, 7 günlük tətilin birinci, 2019-cu ilin isə son günü.
Səhər sübh tezdən, Starbucksa gələrək adətimə sadiq qalaraq illik hesabatımı bloqumda yazmağa başlayıram.

SƏYAHƏT
Bu il yeni iki ölkəni unlock etdim. Bunlar Avstriya və Niderland (Hollandiya) idi.

Həmçinin Almaniyanın şəhərində olanda BMW müzeyi və oldum. İnnovativ fikirlər və Tarixi hisslərə qapılaraq Almaniyadan Avstriyaya Zalsburq şəhərinə geçdim.

Daxau
BMW Muzeyi

Avstriya
Avstriyada duzları və ilə tanınmış şəhərinə və paytaxt -ya getdim. Yanvar aylarının soyuğunda bu şəhərdə olmağın ayrı həzzi var.

Zalsburq
Vyana

Niderland
Noyabr ayında Velisopedləri, Qırmızı fənərlər məhləsi, tülpanı, qanuni narkotik maddələrin satışı ilə tanınmış Amsterdamda oldum. Çox maraqlı və turistik şəhərdir.

Amsterdam

Amsterdamdan gələrkən özümə tülpan soğanları alıb gətirmişdim. Artıq onlar cücərirlər.

Həmçinin üç illik ayrılıqdan sonra Valensiyaya gedib iki il qaldığım şəhəri yenidən gəzərək köhnə elləri yad etdim.

ELM
Bu ildən Texniki Universitetdə, “İnformasiya mühafizəsinin alətləri” mövzusunda dərs keçməyə başladım.
İlin əvvəlində CEH materialları mövzusunda praktik və nəzəri təlimlər keçdim. Tələbələr fərqli formatda keçirilən dərsdən çox faydalı biliklər əldə etdilər.
Sentyabr ayından SIEM sistemlər barədə təlimi davam etmək istədikdə, mövzunun yeni, bu sahədə praktik təcrübəmin az olmasını görüb çətinliklərlə qarşılaşdım və faydalı olsun deyə Veb proqramlaşdırma mövzusundan təlimlər keçdim.

Texniki Universitet, tələbələrimlə

İŞ
Yanvar ayından Bank Respublikada vəzifəm artaraq yeni şöbə yaradıldı və İT İnnovasiyalar şöbəsinin müdiri təyin edildim. İşlərimiz Maliyyə İnstitutları ilə əlaqədar araşdırmalar aparmaq, ən qabaqcıl texnologiyaların Bank Respublikada tətbiq edilməsi ilə əlaqədar tədbirlər görməkdir. Artıq bu sahədə bir neçə layihəmiz pilot mərhələsində işləyir də. Bunlardan public olan İnnoland ilə akselerasiya proqramını nümunə göstərə bilərəm.

LAYİHƏLƏR
Layihələrlə əlaqədar bu il biraz durğunluq yaşanır.
İlk olaraq məlumat verim ki ilin sonuna kimi artıq əlavə sifariş, freelance işlər görməkdən vaz keçmişəm. Yalnız öz layihələrimə fokuslanaraq fəaliyyətimi davam etdirmək üçün planlar qurmuşam.

SEO based bəzi xırda layihələrdən olan saytını yaratdım, digər layihələrimin texniki bazasını gücləndirmək üçün müəyyən tədbirlər gördüm.
Securuty üzrə olan, DevSecOps işlərinin rahatlanması üşün , layihələrə start etdim. Bu layihələrdən nmap.online yeni olmasına baxmayaraq artıq axtarışda “online nmap” açar sözü üzrə top nəticələr arasında çıxmağa başlayıb.

-də ciddi dəyişikliklər olmadı. Bu il serverlərin maddi, texniki bazası gücləndirildi və Virtual Server xidmətləri bir də sosial olan layihəsi fəaliyyətə başladı. Artıq sizə lazım olan Əməliyyatlar sistemi və yenilənmələri ölkəni tərk etmədən edə biləcəksiz.

layihəsi mart ayında “”da iştirak etdi. Həmçinin May ayında “” çıxış etdik.

İlin sonunda isə 2020-də Estoniyada olacaq “sTARTUp Day” proqramında ölkəni təmsil arzusu ilə, iştirak etdik. Verilən məlumata görə müsabiqədə PENTESTON layihəsi overqualified olduğu üçün seçilmədi (Ciddi sözümdür).

YENİ İLİNİZ MÜBARƏK
2019-cu il kənar layihələrdən uzaqlaşaraq öz layihələrimə fokuslaşmaq, işləri normaya salmaqla məşğul olmuşam.

Qarşıdan gələn 2020-ci ilin sizlərə daha da faydalı olması arzusu ilə, bayramlarınız mübarək!

--

--

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store