API nədir

Rashad Aliyev
2 min readAug 27, 2019

Son vaxtlar API-lərin infeqrasiyası məqsədi ilə bir çox layihələrdə biznes tərəflə görüşdə çoxlu suallarla qarşılaşıram. Bir çoxları həttə API-nin nə olduğunu demək üçün abreviaturanın açılışını (Application programming interface) da mənə deyərək başa düşdüklərini göstərməyə çalışırlar.
Bu postumda API-nin (API-EyPiAy) hamı tərəfdən ən rahat başa düşülən bir dildə izahatını verməyə çalışacam.

İzahat #1: API fikirlərin birləşdiyi bir nöqtədir.
Hesab edin ki sizin sisteminiz Javada yazılıb və bunu veb tərəfdə göstərmək üçün PHPdə integrasiya etmək lazımdır. Bu iki dildə yazılmış məlumatları birləşdirmək üçün ortaq olaraq hər tərəfin başa düşəcəyi bir API interfeysi yaradaraq sistemləri integrasiya etmək olar. Qısa nümunəyə baxaq. Hava haqqında məlumat API-si. Javada yazılmış sistem məlumatları götürərək bazada saxlayır və onları müəyyən standartda qəbul edilmiş API adlanan formada təqdim edir. Digər tərəfdən PHPdə yazılmış interfeys isə bu məlumatları API-dən götürərək istədiyi formada istifadəçiyə təqdim edir.

İzahat #2. API bir rezetkadır.
Bizim bir evimiz var. Evin işıqlanma və s. sistemi mərkəzi elektrik sisteminə qoşulub. Biz evə aldığımız hər hansı bir cihazı bu evdə işlətmək üçün onu bütün bir elektrik sisteminə qoşmağa rezetkadan istifadə edirik. Həmin bu rezetka API-dir. Onun ev tərəfindən elektriki təqdim etmək üçün bir standartı var, həmçinin də bu standart əsasında elektriki almaq üçün elektrik vilkası var ki burdan enerjini alaraq cihaza ötürür və onun əsasında öz işini görür. Ümumi işıqlanma, lampalar isə baza sistemidir. Əlavə qoşduğumuz cihazlar-fen, tv və s. isə vendorların bizə təqdim etdikləri əlavə xidmətlərdir ki istədiyimiz zaman onu öz enerjimizdən istifadə edərək işlədə bilirik.
Burdan belə çıxır ki hər bir iri sistemin Bank, Mobil Operator, Dövlət orqanları, Xidmət sistemləri, məlumatları olan saytların və s. öz təqdim etdikləri API-lər olmalıdır ki onlar rahat inkişaf edərək genişlənə bilsinlər.

API-ləri təhlükəsizliyi, əlçatanlığı və təqdim etdikləri xidmətlər isə, xidməti təklif edən qurumun qərarından aslı olaraq asan, çətin və ya heç olmaya bilər.

--

--