İllik hesabatım (2020)

Rashad Aliyev
4 min readDec 31, 2020

--

31 Dekabr 2020, əvvəlki illər Starbucksda kofemi içərək bloq yazırdım. Bu dəfə xırda dəyişikliklə, evdən Starbucks kofemi içərək bloqumu yazıram.

Starbucks ürəkdir

Bu ilin fərqli olduğunu hamımız hiss etdik. Adətimə sadiq qalaraq illik hesabatımı bloqumda yazmağa başlayıram.

SƏYAHƏT
Məlum karantin rejiminə görə hər hansı yeni ölkəyə getmək imkanı olmadı. Mart ayında 2 illik Şengen vizası (Avropa ölkələrinə) aldıqdan sonra lockdown elan edildi və Pasportumdakı viza ilə karantin dövrünü birlikdə keçirtdik.

Mənimlə birlikdə karantin dövrünü keçirdən Şengen Vizam

ELM
Bu il iki Universitetdə (Texniki Universitet Xəzər Universiteti) İnformasiya MühafizəsiVeb proqramlaşdırma mövzularında 150-dən çox tələbəyə dərs keçdim. Tədris olunan mövzuların daha interaktiv olması üçün real nümunələr və praktik layihələr etdik. Gələcəkdə bu sahə üzrə kadrların inkişafına öz tövhəmi vermək üçün əlimdən gələni etməyə çalışdım.

İŞ
Bank Respublikada-da WhatsApp bot layihəsi start edildi və onunla əlaqədar AI (Süni İntellekt) mövzusunda işlər aparıldı.
Həmçinin növbəti il üçün yeni layihələrimiz üzərində işlərin aparılması üçün planlar qurulub.

LAYİHƏLƏR
Bu il pandemiya olduğundan IT layihələr daha inkişaf etdi.
Bunlardan təhlükəsizlik sahəsində olan layihələrim.
— Proqram kodunu analiz etmək üçün olan sast.online.
— Açıq mənbələrdən məlumat axtarmaq üçün istifadə edilən osintdiscovery.com layihəsi start edildi.

— Təhlükəsislik üçün SaaS xidməti olan NMAP Online layihəsində digər sistemlərə integrasiya üçün API yaradıldı və Developer portalı işə salındı. Xidmətdən gəlir əldə edilməsi üçün NMAP Online-a müxtəlif ödəniş platformaları isteqrasiya edildi. 1000-ə yaxın istifadəçisi olan SaaS sistemdə artıq 5 ölkədən (China, Czech Republic, United States, Vietnam, United Kingdom) ödənişli müştərilər də istifadə etməyə başladılar.

Həmçinin çoxdan arzusunda olduğum wedontsay.com, pictolic.com kimi kiçik layihələri start etdim. Azərbaycanda epoçt sistemindəki durğunluğu nəzərə alaraq, məlumatların ölkədə qalması üçün pulsuz 10GB+ poçt qutusu təqdim edən amail.az saytı fəaliyyətə başladı.

Ümumilikdə güzgüsünü Azərbaycanda saxlayan mirror.yer.az layihəsində texniki güzgülərin sayı 6(7)-yə çatdıdıldı ki bu da yaxın Qafqaz ölkələrində ən yüksək göstəricilərdəndir.

mirror.yer.az

xana.az domenini geri aldım və orda bir (Veb)messenger işə saldıq.

xana.az

BUGemot layihəsindən çıxdım.

Bu il su mövzusu ilə əlaqədar ilk dəfə olaraq Aquahack adlanan IoT əşyalarla əlaqədar Hackathon yarışı keçirtdik.
Yarış vaxtı 300-dən çox ərizə, 36 komanda qoşuldu və sonda 33 layihə təqdim edildi. Bununla suya qənaət və IoT sahəsinin inkişaf etdirilməsi üçün dəstəyimizi etmiş olduq.

Aquahack Hackathon

YER Hostinq-in saytı dəyişdi. İlin əvvəli bir investorla müsbət danışıqlar aparıldı, sonra pandemiya səbəbindən bu məsələni dondurmalı olduq. Lakin bunlara baxmayaraq Şəbəkənin formalaşması üçün öz hesabıma ayrıca avadanlıqlar quraşdırdıq, texniki bazamızı daha bir pillə də gücləndirdik.

Pandemiyaya görə bu il üzülsək də, ilin sonunda vətənimizim tamlığının bərpa edilməsinə görə çox sevindik. Buna görə ölkədə olduğum və internetdəki məhdudiyyətlərdə mirror.yer.az layihəsi və VPS serverlərlə dəstək olduğuma görə fəxr edirəm.

YENİ İLİNİZ MÜBARƏK
Bu il mənfi tərəflər kimi, müsbət inkişaf da göründü və bununla da layihələrin inkişaf etməsi üçün növbəti addımı atmış oldum.

Qarşıdan gələn 2021-ci ildə sağlamlıq və can sağlığı arzusu ilə hamınıza uğurlar arzulayıram. Yeni iliniz mübarək!

--

--

No responses yet