İllik Hesabatım (2021)

Rashad Aliyev
4 min readDec 31, 2021

--

31 Dekabr 2021, axşama hazırlıq kimi üzüm alınıb. Sevimli Starbuck-da kofemi içərək bloqumu yazmağa başlayıram.

Starbucks (Globus Center-də)

2009-cu ildən başlayaraq hər il təqdim etdiyim qaydamla, 2021 üçün də illik hesabatımı təqim edirəm.

ELM
Bu il də keçən ilki kimi iki Universitetdə (Texniki Universitet və Xəzər Universiteti) İnformasiya Mühafizəsi və Veb proqramlaşdırma mövzularında dərslər keçdim (150+ tələbə).
İlin əvvəlini distant olsa da Sentyabr-dan hibrid dərslərə (50% onlayn, 50% dərs otağında) keçdik. Pandemiyadan sonra tələbələrin yalnız adları ilə deyil, gözlərinə görə də tanıyıb onlara proqramlaşdırma, informasiya təhlükəsizliyi ilə əlaqədar müxtəlif praktiki təlimlər keçdim.

Xəzər Universitetində Midterm exam (2021 Noyabr)

Yay aylarında İnformasiya Təlükəsizliyi Jurnalında “Yeni növ DDOS/Dos hücum vektorları” ilə əlaqədar bir araşdırmamız haqqında məqalə işıq üzü gördü.

İnformasiya Təhlükəsizliyi jurnalı (2021 buraxılışı)

KARYERA (İŞ)

Son üç ili (artıq 4 olmaq üzrədir) Bank Respublikada İT İnnovasiyalarla əlaqədar çalışdığım müddət ərzində bir neçə layihənin məhsul kimi bazara çıxarılmasında rolum olub.

Amma ən əsası bu illər ərzində bir mövzu ilə əlaqədar araşdırmalar aparırdıq. Bu Open Banking Layihəsi idi.
Open Banking layihəsinin nəticəsi olaraq Hesab.Aze-pul müştəriləri Bank Respublika hesabını əlavə edib özlərinə rahat olan interfeysdən hesab çıxarışlarına baxa bilirlər.
Həmçinin Portmanat müştəriləri isə hesab məlumatlarına baxmaqdan başqa hesablar arası ödənişlər reallaşdıra bilirlər. Bununlada Azərbaycanda üç ən xod gedən Fintex layihədə (hesab.az, epul portmanat) Bank Respublika Məlumatlarının Open API-lər üzərindən təqdim edilərək pantnyorun vasitəsi ilə müştəriyə təqdim etdik.

LAYİHƏLƏR
Bu il layihələrimdə də dirçəliş hiss edilir.

Yer.Az
Hostinq sahəsində Azərbaycan lokasiyalı xidmətlər verən laihənin inkişafı.
Belə ki ilin əvvəlində YER Hosting — Rəsmi cPanel partnyoru oldu.

Növbəti addım olaraq İnfrastruktur dəyyişikliyi edərək 3 qat gücləndik. Qoşulma sürəti isə 2Gbps-dan 10Gbps-a qalxdı. Bu işin reallaşmasında dəstəyə görə Delta Telecom-a xüsusi minnətdarlığımı bildirirəm.

YER Hosting Rack-lari Delta Telecom-da

Azərbaycan bazarında yenilikçi olan maksimum 3 dəqiqəyə VPS yaratmaq üçün yer.cloud layihəsi, video konfranslar üçün meet.yer.cloud layihəsi start etdi və Host-tracker-də Azərbaycanın adını əlavə etdik.
Həmçinin yer.cloud-da 20-ə yaxın olkədən müştərilər, bunlar arasında top ölkələr olaraq Türkmənistan, Rusiya və Çini qeyd etmək olar. Beləcə beynəlxalq bir layihəyə çevrildik.

Div.Az — Yerli bazar üçün iş elanları layihəsinə start etdik. SEO üçün düşündüyüm jobanator.com layihəsini start etdim.

Nmap Online layihəsini Amazon Marketplace yerləşdirdik. 10 000-dən çox qeydiyyatlı istifadəçisi olan bu onlayn alət artıq dünyada İnformasiya Təhlükəsizliyi sahəsində balaca da olsa öz yerini tutub.

Bundan başqa tools.az, ddosattack.online kimi layihələr də işıq üzü gördü.

SƏYAHƏT
Bu il Pandemiyadan sonra nəhayət ki tilsim qırıldı və səyahət etmək imkanları yarandı.
Səyahət etdiyim ölkələr sırasında Estoniya da unlock olundu.

Estoniya

Ümumilikdə bu ilin bütün istiqamətlər üzrə dəyişikliklər edildiyini görürəm.

Qarşıdan gələn 2022-ci ildə ən əsası can sağlıqı, daha çox uğurlar və inkişaf etmək arzulayıram.

YENİ İLİNİZ MÜBARƏK!

--

--