İllik hesabatım (2022)

Rashad Aliyev
4 min readDec 31, 2022

--

31 Dekabr səhər yuxudan duran kimi kofemi içmək üçün sevimli Starbucksa gəlib kofemi aldım.

Səhər tezdən Starbucksa gələn ilk müştəri :)

Bu ilin necə keçdiyini düşünərək adətim üzrə geridə qalan ilin hesabatını yazmağa başlayıram.

ELM
Bu il Xəzər UniversitetiBakı Dövlət Universitetində Veb Proqramlaşdırma və İnformasiya Təhlükəsizliyi ilə əlaqədar dərslər keçdim (140 tələbə).

Keçdiyim mövzular:
Veb proqramlaşdırma
— Front-end (HTML, CSS, JavaScript, Bootstrap, REACT)
İnformasiya Təhlükəsizliyi
— Etik Hakerlik (Footprinting, Scanning, Enumeration, Sniffing, SQLi, XSS və s.)
— Mobil Proqramlaşdırmada İnformasiya Təhlükəsizliyi (Mobil hücumlar, Statik və Dinamik analiz, Reverse engineering və s.)

P.S. Xəzərdə dediyim dərslərin köməkliyi ilə özüm də REACT-ı öyrəndim :)

Malaziyada “OIC-CERT JOURNAL OF CYBER SECURITY” jurnalında “New types of DoS/DDoS attacks require alternative approaches to security” adlı məqaləm işıq üzü gördü.

OIC-CERT JOURNAL OF CYBER SECURITY

LAYİHƏLƏR
Bu il daha çox cari layihələrin təkmilləşməsi üzərində işlər aparıldı, az sayda yeni layihə start etdim.

Yeni layihə olaraq bu il easycookfind.com saytını start etdik (Bu layihənin yaranmasında Xəzər tələbələrimin böyük rolu olmuşdur).

Yer.az-da vəziyyətlər stabilləşməyə doğru gedir.

  • Yer.az şirkət kimi fəaliyyətini davam etdirir.
  • KOBİA-dan startap şəhadətnaməsi aldıq.
  • Sourseforce-da CDN kimi Azərbaycanın da adı top 20 ölkə sırasında çıxır.
Yer.Az

Bu il nəhayət ki Hackathon Azerbaijan-ın rəsmi saytını qurduq.
Azərbaycanda keçirilən bütün Hackathonlar haqqında məlumatı bir mənbədən təqdim etməyi planlaşdırmışıq. İstənilən qurum təmənnasız olaraq öz keçirtdikləri Hackathon haqqında məlumatı saytda yerləşdirə biləcək.

hackathon.az rəsmi saytı

Əlavə olaraq Socar tərəfindən təşkil edilmiş hackathonda konsultasiya etdim və gözəl nəticə alındı.

“Enerji və Dördüncü Sənaye İnqilabı” Hackathonu, qaliblər

#itvtech verilişində Kibertəhlükəsizlik mövzusunda bölmə açıldı. Həftədə bir dəfə ekrana çıxan bu verlişin buraxılışlarında kibertəhlükəsizliklə əlaqədar faydalı, maarifləndirici məlumatlar da əldə edə biləcəksiniz.

#itvtech təkilişlərindən

KARYERA (İŞ)
Cari işimdə stabillik müşahidə edilir. Bu il Quantomania adlı hackathon keçirtdik. Açıq Bankçılıqla əlaqədar keçirilən ən yaxşı yarışlardan birində çox gözəl təcrübə etmək ikmanı yaratdıq.

Əlavə olaraq Yer.az-ı şirkət kimi qeydiyyatdan keçirtdiyimizdən ora direktor kimi işə düzəlmişəm :)

SƏYAHƏT
Bu ili demək olar ki evdə keçirtmişəm, yeni bir ölkə unlock etmədim :)
Yalnız 1–2 rayona və əvvəllər olduğum ölkələrdən bəzilərinə getdim.

Bu ilim bir az stabil və işlərin normaya salınması istiqamətində keçib desəm yanılmaram.

Qarşıdan gələn 2023-cü ildə planların reallaşmasına doğru irəliləyiş, inkişaf etmək və çoxlu enerji arzusu ilə bu ilki hesabatımı sonlandırıram.

YENİ İLİNİZ MÜBARƏK!

--

--