İllik hesabatım (2023)

Rashad Aliyev
5 min readDec 31, 2023

--

31 dekabr 2023, bu gün də gəlib çatdı.

Sevimli Starbucks-da Kapuçino-mu sifariş edib 2009-cu ildən davam edən adətim üzrə geridə qalan il üçün hesabatımı yazmağa başladım.

Starbucks, Kapuçino

ELM

Bu ilim ELM-lə əlaqədar çox məhsuldar olub.

Kitabım çap olundu: İlin əvvəli neçə ildir üzərində (fasilələrlə) çalışdığım PHP Web proqramlaşdırma dili — Ali məktəblər üçün dərs vəsaiti kitabı işıq üzü gördü. Kitabı Libraff mağazalarından və ya online əldə edə bilərsiz.

PHP Web proqramlaşdırma dili — Ali məktəblər üçün dərs vəsaiti

Müəllimlik: Həmçinin “öyrənməyin ən yaxşı üsulu öyrətməkdir” prinsini üstün götürərək bir neçə ali təhsil ocağında Veb proqramlaşdırma, İnformasiya təhlükəsizliyi mövzularıında müxtəlif dərslər keçdim.
Nəticə olaraq bu il əvvəlki illərin rekordunu yeniləyərək 300+ tələbəyə təlimlər keçdim və öyrəndiklərim də oldu.

Elmi konfrans: Üzərində çalışdığım DDoS Attack layihəsi ilə əlaqədar “DDoS Simulation: Empowering Targets through Simulated Attacks” elmi məqaləsi “2023 IEEE 17th International Conference on Application of Information and Communication Technologies (AICT)” konfransında işıq üzü gördü. Əvvəllər də IEEE konfranslarında məqaləm çıxmasına baxmayaraq, bu məqaləm “IEEE Xplore”-də işıqlanmış ilk işimdır.

AICT 2023

TƏDBİRLƏR

Bu il bir çox konfranslarda, tədbirlərdə və seminarlarda iştirak etdim. Həmçinin informasiya təhlükəsizliyi ilə əlaqədar TV, Radio və Saytlarda maarifləndirmək üçün bir çox çıxışlarım, intervyularım oldu.

LAYİHƏLƏR

Bu il layihələrimdə stabillik olub. Belə ki ilin əvvəli nmap.online layihəsini sataraq əvəzində portscanner.online layihəsinə start etdim. Həmçinin ddosattack.online, sast.onlinepenteston layihələrində təkmilləşdirmə işləri apararaq istifadəçilər üçün hazır bir vəziyyətə gətirdik.

Kibertəhlükəsizliklə əlaqədar layihələr

Kibertəhlükəsizlik sahəsində olan layihələrdə ödəniş (abunəlik) sistemi də aktivləşdirik və tez bir zamanda artıq Australia, Brazil, Kazakhstan, Greece, Greenland, Hong Kong, Republic of Korea, United Kingdom, United States, Vietnam-dan (10 ölkə) müxtəlif xidmətlər üçün müştərilər də cəlb edildi.

yer.az AKTA-ya üzv oldu, RİNN tərəfindən host provayder kimi uçota düşdü və Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üçün lisenziya əldə etdi.

yer.az

KARYERA (İŞ)

Bu il də karyeramda ciddi bir dəyişiklik olmayıb. Sadəcə işlərin çoxluğundan yorğun olmuşam.

SƏYAHƏT

İl ərzində yeni bir ökləni unlock etmək imkanı da olmayıb.
Köhnələrdən Türkiyə və Gürcüstana getmişəm.

Amma, Azərbaycan üzrə Naxçıvanı unlock etdim. Duzdağı, havası, gözəl şəraitinə çox heyran olmuşam.

Naxçıvan

Bu hesabat postum sondur. Növbəti illərdə yeni il ilə əlaqədar yalnız sosial şəbəkələrdə statuslarla və ya məlumatlarla kifayətlənməyi düşünürəm (fikrim dəyişməsə).

Hesabat kimi gənclərdən Rizvan Saatov-u izləməyi tövsiyyə edirəm.

Qarşıdan gələn 2024-cü il üçün daha da inkişaf etmək, sağlamlıq arsuzu ilə bu illi sonlandıraq.

YENİ İLİNİZ MÜBARƏK!

--

--