IOI Olimpiadası haqqında

Rashad Aliyev
3 min readAug 6, 2019

Bu il 4–11 Avqust tarixlərində Azərbaycanda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (International Olympiad in Informatics, IOI) keçirilir. Bəziləri bunun haqqında eşidib, bəziləri iştirak edib, bəziləri mənim kimi iştirak etmək arzusunda olub (Lakin yaşı çatmayıb), bəziləriniz isə heç bunun nə olduğunu bilmirsiz. Bu postumda IOI haqqında qısa məlumatları və faydası barədə yazaraq sizlərə məlumat verəcəyəm.

IOI nədir və nə üçündür?
IOI Olimpiadası məktəblilər arası keçirilən Beynəlxalq Riyaziyyat Olimiadasından sonra ən böyük və nüfuzlu bilik yarışlarından biridir.
Yarış vaxtı, iştirakçılara hazırlıqlardan sonra iki gün ərzində ən çətin alqoritmik tapşırıqlar verilir. Ən çox bal toplamış iştirakçılar müxtəlif kriteriyalar üzrə qızıl, gümüş və bronz medallar qazanırlar.

IOI-da kimlər iştirak edə bilər?
IOI-da hər bir ölkədən maksimum 4 nəfər olmaq şərti ilə (bəzən bu rəqəm dəyişir), ölkənin informatika olimpiadasında yüksək nəticələr əldə etmiş məktəblilər iştirak edirlər.

IOI haqqında statistika
Dünyada 106 ölkə IOI olimpiadasında iştirak edib.
54 ölkənin qızıl medalı var.
86 ölkə heç olmasa bir medal əldə edib.
Qonşu ölkələrdə vəziyyət
Ermənistanın 1 Qızıl, 4 Gümüş, 23 Bronz medalla toplam 28 medalı var.
Gürcüstanın 4 Qızıl, 10 Gümüş, 33 Bronz medalla toplam 47 medalı var.
Rusiyanın 58 Qızıl, 38 Gümüş, 12 Bronz medalla toplam 108 medalı var.
Iranın 23 Qızıl, 54 Gümüş, 23 Bronz medalla toplam 100 medalı var.
Türkiyənin 3 Qızıl, 21 Gümüş, 40 Bronz medalla toplam 64 medalı var.

Belarusiyadan olan Gennady Korotkevich-in 6 qızıl, 1 gümüş medalı var.
Ən çox qızıl medalı olan 3 ölkə Çin (81 qızıl medal), Rusiya (58 qızıl medal) və Amerika Birləşmiş Ştatları (49 qızıl medal) yer tutur. Burdan hansı ölkələrin IT sahəsində lider olmasının səbəbi bəlli olur.

Azərbaycan IOI-da
Azərbaycan 1994-cü ildən başlayaraq IOI olimpiadalarında iştirak edir.
Ölkəmiz 1996-cı ildə Bronz medal qazanaraq medalı olan ölkələr sırasına düşmüşdür.
Ümumilikdə Azərbaycanın 1 Gümüş, 4 Bronz medalla toplam 5 medalı var.

IOI-ın faydası
IOI faydasını Azərbaycana medal qazandırmış gənclərimizin həyat və uğurları ilə göstərəcəyəm.
1996-cı ildə ölkəmizə ilk medalı qazandırmış “Elnur Seyidli” hal hazırda UK-də yaşayır və aylıq milyonlarla istifadəçisi olan HalalBooking layihəsinin CEO-sudur.
Digər tanıdıqlarımdan Bronz medal sahibi “Maksud Ibrahimov” hal hazırda Avstraliyadadır və “Data Science”, “Machine Learning”-lə əlaqədar bir çox elmi məqalələrin müəllifidir.
İlk və yeganə gümüş medal sahibi “Tofig Hasanov” isə Yarışda yer tutduqdan sonra bir çox yerləşrdə fəaliyyət göstərmiş və hal hazırda UK-də Amazon şirkətində çalışır.
Yarışda iştirak etmiş və yer tutmayan bəzi tanıdıqlarım barədə də sizə məlumat verəcəyəm. Bunlar bir çoxlarının tanıdıqları “Rasim Bakhshi
Hackathon Azerbaijan-da təşkilati komandamızda olan “Rajab Davudov
İndi ADA Universitetində dərs deyən “Farid Ahmadov” bu yarışlarda iştirak etmiş və hal hazırda da vətənimizə faydaları dəyir.

31-ci Beynəlxalq Olimpiada
31-ci Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsinin bir çox üstünlükləri var. Belə ki bu il 88 ölkədən ən ağıllı alqoritmik biliyə sahib olan, gələcəkdə Amazon, Microsoft, Google və s. kimi iri şirkətlərdə çalışacaq və ya öz layihələrini reallaşdıracaq məktəblilər ən güclü statusu əldə etmək üçün yarışacaqlar.

Bu il Azərbaycandan ev sahibi olduğu üçün yarışda 8 gənc iştirak etmək imkanı əldə edib.

Bu yarışda gənclərimizə uğurlar arzulayıram. Məktəblilərimizin IOI yarışmalarında daha da gözəl nəticələr əldə etməsi üçün maarifləndirmədən başlayaraq bu sahənin inkişafına tövhəmiz dəyməlidir.

--

--